Heydər Əliyev və Azərbaycan

Heydər Əliyev və Azərbaycan ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP -ın Yasamal rayon təşkilatının nümayəndələri, dəvət olunmuş qonaqlar, müəllim və tələbə heyəti iştirak ediblər.
Dövlət himni səsləndirilib.
Anım mərasimini giriş sözü ilə açan kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbirin tərbiyəvi əhəmiyyətindən və Azərbaycanın böyük qurucusu ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsində Heydər Əliyevin böyük xidmətlərini xüsusi qeyd edib.
ADPK-nın müəllimlərindən Hümeyrə Nadirinin “Müasir Azərbaycan tarixinin yaradıcısı” və Gülnarə Sadıqovanın “Heydər Əliyev və Azərbaycan” mövzularında çıxışları dinlənilib. Tələbələrin ifasında ulu öndər Heydər Əliyevə aid şeir söylənilib, mahnı oxunub və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Həmçinin görkəmli siyasətçilərin Heydər Əliyev haqqında söylədikləri kəlamlar diqqətə çatdırılıb.

Şakir CƏFƏROV



Oxşar xəbərlər