Uşaqların informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənilir

Uşaqların informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənilir AMEA İnformasiya Texnologiyaları İnstitutunda intellektual texnologiyaların tətbiqi ilə uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənilir.
Baş mütəxəssis Sabirə Ocaqverdiyeva internetin imkanlarının genişlənməsi və bura daxil olan faydalı və ziyanlı informasiyanın onlayn mühitdə təhlükəsizliyin pozulmasına səbəb olduğunu deyib. Tədqiqatçı uşaqların internet mühitində istifadəçi kimi fəal olmasının onların təhlükələrlə qarşılaşma ehtimalını çoxaltdığını diqqətə çatdırıb.
Bildirib ki, əsas məqsəd internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsindən, yaranmış təhlükələrin araşdırılması və problemlərin aradan qaldırılmasından, eləcə də Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasından ibarətdir.

Tehsil-press.az



Oxşar xəbərlər