Yunus Əmrə İnstitutu Azərbaycan Texniki Universitetində türk dilinin tədrisini həyata keçirəcək

Yunus Əmrə İnstitutu Azərbaycan Texniki Universitetində türk dilinin tədrisini həyata keçirəcək Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Əmrə İnstitutu arasında türk dilinin tədrisi ilə bağlı protokol imzalanıb. Protokolu universitetin rektoru, professor Vilayət Vəliyev və institutun sədri, professor Şərəf Atəş imzalayıb.
Türkiyə universitetləri, o cümlədən Qazi Universiteti ilə imzalanan ikili diplom haqqında müqavilələrin yerinə yetirilməsi üçün Yunus Əmrə İnstitutu AzTU-nun müxtəlif fakültə və ixtisaslarında türk dilinin tədrisini həyata keçirəcək.
Yunus Əmrə İnstitutu tərəfindən ilkin olaraq türk dili öyrənəcək tələbələr üçün səviyyə müəyyənləşdirmə imtahanı (SBS) təşkil ediləcək. Dərslərin sonunda türk dilinin beynəlxalq etibarlılığa malik olan və xarici tələbə qəbulunu asanlaşdıran türkcə yetərlik imtahanlarının (TYS) keçirilməsi və müvəffəqiyyət qazanan tələbələrə TYS sertifikatının verilməsi də nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər