
Simpoziumda Türkiyə, Azərbaycan, Rusiya, Albaniya, Makedoniya, Özbəkistan və Qazaxıstanın müxtəlif elm və təhsil ocaqlarının alimləri məruzələrlə çıxış ediblər.
BDU-nun dosenti Elvira Lətifova simpoziumda “Türk dünyasının tarixi birləşmə nöqtəsi olaraq qədim və orta çağ Qafqazı” mövzusunda çıxış edib. O, topladığı çöl tədqiqat materialları və arxiv sənədləri əsasında türk tayfalarının qədim dövrdə və orta əsrlərdə Mərkəzi Asiyadan Qafqaza, oradan da Anadoluya kütləvi miqrasiyaları, Qafqaz bölgəsində türk tayfalarının yer adları haqqında məlumat verib.
Tehsil-press.az