
Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq Bakı Dövlət Universitetində bu istiqamətdə tədbirlər planı işlənib-hazırlanıb.
Tədbirlər planına müvafiq olaraq aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük söz ustadı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi və təbliği istiqamətində Bakı Dövlət Universitetində, BDU-nun Qazax filialı, universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyində elmi konfrans, seminar, dəyirmi masa, sərgi və s. tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az