
Aİİ heyəti şahmat turnirində birinci yerin qalibi olub. Qalib komandalar Bakı Dövlət Universitetində (BDU) keçirilən tədbirdə kubok və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, bu il BDU-nun 100 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncam imzalayıb. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli Qərarı ilə yubileyin Tədbirlər Planı təsdiq edilib. Bu istiqamətdə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilib.
Tehsil-press.az