Tələbələr xarici diplomların tanınması qaydaları barədə məlumatlandırılıb

Tələbələr xarici diplomların tanınması qaydaları barədə məlumatlandırılıb Xarici diplomların tanınması qaydaları barədə tələbələrə ətraflı məlumat vermək, bu istiqamətdə dəyişiklikləri və təkmilləşdirmələri diqqətə çatdırmaq məqsədilə tədbir keçirilib.
Agentliyin şöbə müdiri Aysel Kərimli xarici diplomların tanınması prosesini, statistik məlumatları və tanınma zamanı ən vacib məqamları tələbələrin diqqətinə çatdırıb. Mövzu ilə bağlı onların sualları cavablandırıb. O, bu istiqamətdə tələbələrin tanınma üzrə daha da rahat müraciət edə bilmələri üçün www.taninma.az keçidinin istifadəyə verildiyini bildirib. Diqqətə çatdırıb ki, TKTA xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir və bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.

Tehsil-press.az



Oxşar xəbərlər