UNEC: Kiçik və orta sahibkarlıq subyektləri üçün növbəti təlim

UNEC: Kiçik və orta sahibkarlıq subyektləri üçün növbəti təlim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün növbəti təlim keçirilib.
Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) təşkil etdiyi təlim “Maliyyə hesabatlarının elementləri, onların tanınma kriteriyaları və qiymətləndirilməsi metodları” mövzusunda olub.
Mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-in strateji planının təsdiqləndiyini bildirib. Plan çərçivəsində silsilə tədbirlərin keçirildiyini deyən Səbuhi Tanrıverdiyev, KOS subyektləri üçün maarifləndirici təlimlərin davamlı olacağını diqqətə çatdırıb.
Tədbirdə “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev və kafedranın dosenti Vaqif Quliyev maliyyə hesabatlarının elementləri, onların tanınma meyarları və qiymətləndirilməsi metodlarından danışıblar. Bu sahədə beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıblar.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər