Növbəti TOEFL iBT imtahanları təşkil olunub

Növbəti TOEFL iBT imtahanları təşkil olunub Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanları keçirilib.
İmtahanlar iki növbədə Mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub
Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
Günün birinci yarısında keçirilən imtahanda 13, ikinci yarısında keçirilən imtahanda isə 14 nəfər olmaqla, ümumilikdə 27 nəfər (o cümlədən 2 əcnəbi) imtahanlarda iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının avqustun 21-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək olar: http://dim.gov.az/activities/exams/toefl/

Tehsil-press.az


Oxşar xəbərlər