Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.
İmtahanda 13 nəfər iştirak edib. İştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan Mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanın nəticələrini ETS-in saytında 6 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.
Növbəti TOEFL iBT imtahanının sentyabrın 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında qeyd olunan linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://www.dim.gov.az/activities/exams/toefl/

Tehsil-press.az

Oxşar xəbərlər