Dövlət İmtahan Mərkəzində növbəti TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL iBT imtahanı keçiriləcək Təhsildə Qiymətləndirmə Xidməti ETS-in (Educational Testing Service) növbəti TOEFL iBT imtahanı sentyabrın 23-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
Imtahanda iştirak edəcək şəxslər saat 9:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar. Onlar, həmçinin “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib gətirməlidirlər. Sənəd iştirakçı tərəfindən imzalanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumat DİM-in səhifəsində verilib.

Tehsil-press.az

Oxşar xəbərlər