Təhsildə Keyfiyyət Təminatı Agentliyi qiymətləndirmə üzrə ekspertlər üçün təlimlər keçirib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi qiymətləndirmə üzrə ekspertlər üçün təlimlər keçirib Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən avtomobil təmiri çilingəri, bərbər peşə ixtisasları və peşə etikası, estetika və mədəni özünüifadə, informasiya texnologiyaları, xarici dildə ünsiyyət baza modulları üzrə ekspertlər üçün təlimlər keçirilib.
3 gün davam edən təlimlərdə Sənaye və İnnovasiyalar, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərinin müvafiq ixtisaslar üzrə peşəkar müəllimləri və sahə üzrə mütəxəssislər iştirak edib.
Təlim iştirakçılarına peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi və tanınması prosesi haqqında məlumatları özündə əks etdirən təqdimat nümayiş olunub. Testologiya elmi əsasında test və praktiki tapşırıqların tərtib edilmə yolları və qiymətləndirmə prosesində tətbiqi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, təlimin nəticələrinə əsasən iştirakçılar qeyri-formal və informal yollarla əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə müvafiq ixtisas və modullar üzrə sual bazasının yaradılmasında iştirak edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər