TKTA Texniki Universitetin əməkdaşları üçün onlayn təlimlərə başlayıb

TKTA Texniki Universitetin əməkdaşları üçün onlayn təlimlərə başlayıb Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün onlayn təlimlərə start verib.
Təlimlər agentliklə universitet arasında imzalanmış təlim xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən təşkil olunub. Mayın 19-dan başlayan təlimlər bir ay müddətində davam edəcək. Təlimlər strateji idarəetmədə keyfiyyət təminatı, daxili keyfiyyət təminatı və xarici keyfiyyət təminatı istiqamətlərində müxtəlif mövzularda keçiriləcək.
Təlimçi beynəlxalq təcrübəyə malik mütəxəssis, TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovdur.

Tehsil-press.az


Oxşar xəbərlər