Bu gün Putinlə Merkel görüşəcək

Bu gün Putinlə Merkel görüşəcək Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel cümə günü Moskvada danışıqlar aparacaqlar. Bu, onların koronavirus pandemiyası başladığı vaxtdan bəri ilk əyani görüşü olacaq.
“Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmək, həmçinin bir sıra aktual beynəlxalq və regional məsələləri nəzərdən keçirmək planlaşdırılır”, - Kremlin mətbuat xidməti bildirib.
Merkel Moskvaya səfəri zamanı, həmçinin Kremlin divarları yaxınlığında naməlum əsgərin məzarı önünə əklil qoyacaq.

Tehsil-press.az

Oxşar xəbərlər