Dünyanın ən varlı insanı yenə odur

Dünyanın ən varlı insanı yenə odur ABŞ-ın “Amazon” şirkətinin təsisçisi Ceff Bezos yenidən dünyanın ən varlı insanları siyahısında birinci pilləni tutub.
Bu barədə məlumatı “Forbes” yayıb. Məlumata əsasən, Bezosun sərvəti sutka ərzində 2,1 milyard dollar enərək 185,9 milyard dollar təşkil edib.
Bununla yanaşı, “Tesla” şirkətinin təsisçisi İlon Musk ikinci, Bernar Arno isə üçüncü pillədə qərarlaşıb. Bildirilir ki, hazırda İlon Muskın sərvəti 180,5 milyard dollar təşkil edir. Bernar Arno isə 175,8 milyard dollara sahibdir.
Qeyd edək ki, Ceff Bezos iyulun 6-da şirkətin internet-riteylerin baş icraçı direktoru vəzifəsindən gedib.

Tehsil-press.az


Oxşar xəbərlər