Dünyanın ən varlı qadını o oldu

Dünyanın ən varlı qadını o oldu “Bloomberg” dünyanın ən varlı qadınlarının adlarını açıqlayıb.
İlk pillədə “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dayanır. Cütlük 2019-cu ildə boşandıqdan sonra Skott “Amazon” şirkətinin dəyəri 38 milyard dollar olan 4%-lik payını alıb. Makkenzi Skottun sərvəti bununla da 68 milyard dollara çatıb. O, dünyanın ən varlı insanları siyahısında isə 12-ci yeri tutur.
Reytinq cədvəlinin ikinci sırasında “L'Oreal” parfümeriya və kosmetika brendinin sahibi Fransuaza Bettankur-Mayers qərarlaşıb. Onun ümumi sərvəti 66,8 milyard dollar dəyərləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər