İnternet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün tədqiqatlar aparılır

İnternet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün tədqiqatlar aparılır AMEA İnformasiya Texnologiyaları İnstitutunda intellektual texnologiyaların tətbiqi ilə uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənir.
İnternetin imkanlarının genişlənməsi və bura daxil olan faydalı və ziyanlı informasiya onlayn mühitdə təhlükəsizliyin pozulmasına səbəb olur. Uşaqların internet mühitində istifadəçi kimi fəal olması onların təhlükələrlə qarşılaşma ehtimalını çoxaldır. Tədqiqatların aparılmasında əsas məqsəd internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi, təhlükələrin araşdırılması və problemlərin aradan qaldırılması yolları, eləcə də Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər