Bakı Dövlət Universitetində onlayn müsabiqə: Ulu Öndər xatirələrdə

Bakı Dövlət Universitetində onlayn müsabiqə: Ulu Öndər xatirələrdə Bakı Dövlət Universiteti (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Ulu Öndər xatirələrdə” adlı onlayn müsabiqə elan edib.
Müsabiqəyə təqdim edilən materiallar müəlliflərin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini, o cümlədən Ümummilli Liderin BDU-da olmasını, BDU-ya göstərdiyi qayğı və diqqət, professor-müəllim heyəti qarşısında nitqlərini, ictimaiyyətə tövsiyələrini ehtiva etməlidir.
Materiallar mayın 5-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun professor-müəllim heyəti iştirak edə bilər. Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Maraqlananlar əlavə məlumatı (+994 50) 485 82 80 telefon nömrəsindən və [email protected] poçt ünvanından əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər