Böyük Britaniya hökuməti Əfqanıstandan gələn miqrantları işlə təmin edəcək

Böyük Britaniya hökuməti Əfqanıstandan gələn miqrantları işlə təmin edəcək Böyük Britaniya hökuməti Əfqanıstandan gələn miqrantları işlə təmin edəcək.
Hökumətin köçürmə planının bir hissəsi olaraq ölkəyə gələn miqrantlar təhsil alacaqlar və işlə təmin olunacaqlar.
“Care” şirkəti və 160-dan çox yerli qurum növbəti 5 il ərzində ölkənin ən əhəmiyyətli sektorlarında qaçqınların işləməsi üçün şərait yaradacaqlarını və yeni iş yerləri quracaqlarını açıqlayıblar.
Bu addım, həmçinin Krallığın sosial qayğı sektorunda azalan işçi qüvvəsini gücləndirməyə kömək olacaq.
“Care”nin qurucusu və icraçı direktoru Ben Maruthapu, Əfqanıstandan gələnlərə kömək etməyin və onları işlə təmin etməyin böyük xidmət olduğunu deyib.
Britaniya hökuməti 20 min əfqan qaçqını uzun müddətli qarşılamağa söz verib.

Tehsil-press.az


Oxşar xəbərlər