Bu il birinci mərhələdən sonra dörd ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub

Bu il birinci mərhələdən sonra dörd ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.
I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 faiz, 15 ali təhsil müəssisəsində 90 faizdən, 17 ali təhsil müəssisəsində isə 80 faizdən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75 faizdən çox dolub.

Tehsil-press.az

Oxşar xəbərlər