Rusiyada sərnişin təyyarəsi sərt eniş etdi, ölənlər var

Rusiyada sərnişin təyyarəsi sərt eniş etdi, ölənlər var Rusiyanın İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi sərt eniş edib.
Hava gəmisi Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. O, Kazaçinskiyə İrkutskdan uçurmuş. Təyyarənin göyərtəsində iki ekipaj üzvü daxil olmaqla, 14 nəfər olub. Eniş zamanı hava gəmisi tamamilə sıradan çıxıb. Bir neçə nəfər xəsarət alıb.
Rusiya FHN təyyarənin sərt eniş etməsi barədə məlumatı təsdiqləyib.
***
Hadisə nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi pilot, ikisi isə sərnişindir.

Tehsil-press.az

Oxşar xəbərlər