Papua-Yeni Qvineya aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi Mikroneziya sahillərində suya düşüb. Insident bu gün səhər qeydə alınıb. Təyyarə uçuş-eniş zolağından 150 metr uzaqlıqda düşüb. Göyərtəsində 36 sərnişin və 11 ekipaj üzvü olub. Qəza nəticəsində ölən yoxdur, lakin xəsarət alanların olduğu bildirilir.