AZAL-ın təyyarəsi Moskvada məcburi eniş etdi

AZAL-ın təyyarəsi Moskvada məcburi eniş etdi "Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakıdan Sankt-Peterburqa uçan təyyarəsi Moskvanın "Domodedovo" aeroportunda məcburi eniş edib.
Peterburqun "Pulkovo" aeroportundakı xüsusi tədbirlə əlaqədar olaraq təyyarə Moskvaya yönəldilib və orada uğurlu eniş edib. Təyyarənin göyərtəsində 163 sərnişin və 7 ekipaj üzvü olub.
Xatırladaq ki, “Airbus A320” təyyarəsi Bakıdan səhər saat yeddidə uçub və 10:10-da "Pulkovo”da yerə enməli idi. Moskvadan Sankt-Peterburqa uçuş müvafiq icazənin alınmasından sonra olacaq.
Öz növbəsində Sankt-Peterburqdan Bakıya əvvəlcə saat 22:50-yə nəzərdə tutulmuş əks-reys də yubanır.

Təhsil-press.az

Oxşar xəbərlər