
Sərbəst güləş, sambo, cüdo, boks, stolüstü tennis, karate, badminton idman növləri üzrə yarışlara qatılan idman məktəblərinin yetirmələrindən 3 nəfər qızıl, 8 nəfər gümüş, 15 nəfər bürünc medal qazanıb.
Qeyd edək ki, birinci MDB Oyunlarında Azərbaycan yığma komandası 13 idman növündə 127 idmançı ilə təmsil olunub. 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc olmaqla 60 medalla yarışları başa vuran yığma komandamız 9 ölkə arasında medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.
Tehsil-press.az