Vatsapa yeni funksiya gəlir

Vatsapa yeni funksiya gəlir Vatsap mağazaların və xidmətlərin tapılması funksiyasını test edir.
Bunu messencerin icraçı direktoru Uill Ketkart deyib.
“Yaxınlıqdakı müəssisələr” adı verilən funksiya Android smartfonlarının istifadəçiləri üçün əlçatandır. Hazırda testləşdirmə yalnız Braziliyanın San-Paulu şəhərini əhatə edir. Lakin yaxın gələcəkdə tətbiqdə mağazaların axtarışı dünyanın digər ölkələrində də mümkün olacaq.
Messencer əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur. Belə ki, tətbiq istifadəçilərin yerini və ya funksiya vasitəsilə baxdığı şirkətlər haqqında şəxsi məlumatları izləməyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər