Bu mobil brauzer Azərbaycanda uşaqları internetdə zərərli məlumatlardan qoruyacaq

Bu mobil brauzer Azərbaycanda uşaqları internetdə zərərli məlumatlardan qoruyacaq “Butterfly” mobil brauzerinə uşaqların internetə təhlükəsiz girişinin təmin olunması funksiyası inteqrasiya olunacaq.
Onun sözlərinə görə, hazırda həmin funksiyanın proqrama tətbiq olunması üzərində işlər aparılır.
Ş.Hüseynli bildirib ki, arzuolunmaz internet kontentinin filtrlənməsi xidməti uşaq və yeniyetmələrin müəyyən saytlara girişini məhdudlaşdıraraq onları arzuolunmaz saytların təsirindən mühafizə edəcək:
“Butterfly” brauzerinə “adBlocker” funksiyası da daxil edilib. Bu funksiya reklamların qarşısını alır. Bu brauzerin daha bir üstünlüyü isə onun kiçik həcmidir. 1 meqabaytdan az olan bu brauzer həm “Firefox”, həm də “Chrome” ilə müqayisədə daha az yer tutur”.
Mobil brauzer “Android” əməliyyat sistemi ilə işləyən qurğularda funksional olacaq. Hazırda brauzerin yüklənmə sayı 50 mindən çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər