Eyni anda 4 nəfərlə danışa biləcəksiz

Eyni anda 4 nəfərlə danışa biləcəksiz Məşhur mesajlaşma platforması “WhatsApp” istifadəçilərini sevindirəcək addım atıb.
İstifadəçilər artıq eyni anda bir neçə nəfərlə audio və video əlaqə saxlaya biləcəklər. Şirkət nümayəndələri bildiriblər ki, istifadəçilər gün ərzində zənglərə iki milyard dəqiqə sərf edirlər və yeni funksiya işlərini asanlaşdıracaq. Qrup halında eyni anda azı 4 nəfər söhbətləşə bilər. Bunun üçün bir nəfərə zəng edib daha sonra “iştirakçı əlavə et” düyməsini vurmaq kifayət edir.

Tehsil-press.az

Oxşar xəbərlər