Əfqanıstan bu il BMT-də təmsil olunmayacaq

Əfqanıstan bu il BMT-də təmsil olunmayacaq Əfqanıstanın BMT-dəki Daimi Nümayəndəsi Qulam İsakzai BMT Baş Assambleyasına xitab etməyəcək.
O, “Taliban”ın BMT-də təmsil olunmaqla bağlı tələbindən sonra bu qərarı verib.
Onun BMT-də çıxışla bağlı qərarını dəyişdirməsindən sonra Əfqanıstan BMT Baş Assambleyasının 76-cı sessiyasında təmsil olunmayacaq.
Xatırladaq ki, “Taliban” BMT-yə məktub göndərərək, BMT Baş Assambleyası iclaslarına qatılmaq tələbini irəli sürüb və təşkilatın sözçülərindən Suheyl Şahini BMT yanında daimi nümayəndəliyə namizəd göstərib.

Tehsil-press.az

Oxşar xəbərlər