Bu gündən “Nobel həftəsi” başlayır

Bu gündən “Nobel həftəsi” başlayır Bu gündən “Nobel həftəsi” başlayır.
Oktyabrın 4-dən başlayaraq 2021-ci il üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. İlk olaraq fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək.
Oktyabrın 5-də fizika, 6-da isə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 7-də bəlli olacaq. Oktyabrın 8-də sülh və nəhayət, oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.
Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Nobel mükafatları dekabrın 10-da, Stokholmda keçirilən rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək. Ətraflı məlumat Nobel mükafatı saytından əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər