Ədəbiyyat üzrə Nobel mükafatı verildi - KİMƏ?

Ədəbiyyat üzrə Nobel mükafatı verildi - KİMƏ? Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatlar təqdim olunub.
Ötən il Nobel Komitəsindəki qalmaqalla əlaqədar mükafat təqdim olunmadığı üçün 2019-cu ildə ədəbiyyat üzrə iki mükafat verilib.
2018-ci il üçün mükafatı polşalı Olqa Tokarçuk, 2019-cu il üçün isə avstriyalı Peter Handke əldə edib.
O.Tokarçuk ötən il "Qaçanlar" əsərinə görə Buker beynəlxalq mükafatına layiq görülmüşdü.
Qeyd edək ki, oktyabrın 11-i sülh, oktyabrın 14-ü isə iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər