UNEC-in məzunu, Vətən müharibəsi şəhidi Süleyman Qarayevin xatirəsi anılıb

UNEC-in məzunu, Vətən müharibəsi şəhidi Süleyman Qarayevin xatirəsi anılıb Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsi şəhidi Süleyman Qarayevin anım günüdür.
Şəhid Süleyman Qarayevin anım günü münasibətilə Sabirabad rayonu Qalağayın kəndində ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Maliyyə və mühasibat fakültəsinin dekan müavini Azər Qarayev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı da iştirak edib.
Daha sonra UNEC-in kollektivi şəhidin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, S.Qarayev 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. 2001-2012-ci illərdə Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə UNEC-in Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2016-2017-ci illərdə Naxçıvanın Şahbuz rayonunda həqiqi hərbi xidmət keçib.
Vətən müharibəsi günlərində Ağdam rayonunun azadlığı uğrunda qəhrəmancasına döyüşüb və oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər