Yol Polisi qanunsuz parklanmalara qarşı reydə başladı - Video

Yol Polisi qanunsuz parklanmalara qarşı reydə başladı - Video Bakı Şəhər Dövlət Yol Polisi qanunsuz parklanmalara qarşı tədbirləri gücləndirib.
Vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:
“Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin, yolların hərəkət istiqamətlərini zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən günləndirilmiş tədbirlərə keçirib və bu proses davam edəcək.
Bir daha sürücülərdən xahiş edirik ki, həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.



Tehsil-press.az

Oxşar xəbərlər