Elmi seminar: Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında halal qida sənayesi

Elmi seminar: Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında halal qida sənayesi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında halal qida industriyası: müasir çağırışlar və perspektivlər” mövzusunda onlayn seminar keçirilib.
UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədov bildirib ki, islam iqtisadiyyatı bu gün ölkəmiz üçün aktualdır. Qarabağda islam iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi məhz halal qida sənayesidir.
Tədbirdə iştirak edən İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev “Qarabağ iqtisadi rayonunda halal qida müəssisələrinin yaradılmasının perspektiv inkişaf istiqamətləri” mövzusunda təqdimatla çıxış edib. O, Qarabağ torpaqlarının münbit şəraitinin kənd təsərrüfatı və aqrar sektorun, eləcə də halal qida müəssisələrinin inkişafına verəcəyi töhfələrdən danışıb.
Sonra UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayevin “Qarabağ iqtisadiyyatının dirçəlişində islam maliyyəsi əsaslı ixracyönümlü investisiya cəlbediciliyinin perspektivləri” mövzusunda çıxışı dinlənilib.
Seminarda Rusiya Federasiyası Kabardin-Balkar Dövlət Aqrar Universitetinin professoru Amina Caboyeva, AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadiyyat şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarov, “İqtisadiyyat” qəzetinin baş redaktoru Aytən Səmədzadə çıxış ediblər.
Sonda UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova belə tədbirlərin davamlı olaraq keçiriləcəyini deyib.
Tədbir UNEC-in feysbuk səhifəsi üzərindən canlı yayımlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər