
Sərginin keçirilməsində məqsəd azad olunmuş ərazilərin füsunkar təbiətinin, mədəni irs nümunələrinin təsvir və tərənnümü, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və tarixi Zəfərin rəssamların əsərlərində nümayiş olunmasıdır.
Tədbirdə Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova çıxış edərək UNEC Dizayn məktəbi tələbələrinin əsərlərində Vətənə sevgi, el-obanın azadlığı naminə mübariz igidlərimizin obrazlarının əks olunduğunu bildirib.
Sonda Veteran Tankçılar İctimai Birliyi tərəfindən rəsm sərgisində fəal iştirak edən tələbələrə diplomlar təqdim olunub.
Tehsil-press.az