
Bunu ADA Universitetinin ukraynalı tələbəsi İvan Kanevski deyib. O vurğulayıb ki, artıq tarixi ədalət bərpa olunub, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.
“Bu parkın yaradılmasını müsbət qiymətləndirirəm. Hərbi Qənimətlər Parkına gələn hər bir ziyarətçidə Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında müsbət fikir formalaşır”, - deyə İvan Kanevski diqqətə çatdırıb.
Qeyd edək ki, mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 28 ali təhsil müəssisəsindən 70-dən çox əcnəbi tələbə Hərbi Qənimətlər Parkını ziyarət edib. Əcnəbi tələbələr 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.
Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Tehsil-press.az