Putin əyləncə və iaşə xidmətlərini qadağan edib

Putin əyləncə və iaşə xidmətlərini qadağan edib Rusiya prezidenti Vladimir Putin region rəhbərlərinə gecə saatlarında iaşə xidmətlərinin işini məhdudlaşdırmağı və kütləvi əyləncə tədbirlərini qadağan etməyi tövsiyə edib.
Bizimyol.info xəbər verir ki, müvafiq göstəriş oktyabrın 20-də hökumət üzvləri ilə keçirilən görüşdən sonra verilib. Sənəd bu güni Kremlin saytında dərc olunub.
Sənəddə qeyd edilir ki, Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərin İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Sağlamlığına Nəzarət üzrə Federal Xidmət ("Rospotrebnadzor") ilə əməkdaşlıq edərək, “bütün məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarətin gücləndirilməsini təmin etməlidir. O cümlədən, axşam saat 23:00-dan səhər saat 06:00-dək əyləncə və iaşə xidmətlərinə qadağa tətbiq etməlidir. Eyni zamanda, müvafiq məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsi məsləhət xarakteri daşıyır və regional hakimiyyət orqanlarının səlahiyyətində qalır.
"Rusiya Federasiyasının təsis qurumlarının yüksək vəzifəli şəxslərinə gecələr əyləncə və iaşə xidmətlərinin göstərilməsinin məhdudlaşdırılması tövsiyə edilsin. Regionların rəhbərləri və "Rospotrebnadzor"un rəhbəri Anna Popova bu barədə noyabrın 30-dək müvafiq hesabat təqdim etməli və sonra hər ay hesabat verməlidirlər", - deyə sənəddə deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər