“Bakubus” avtobusu bulvara girdi - Video - Yeniləndi

“Bakubus” avtobusu bulvara girdi - Video - Yeniləndi Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.

Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.

***

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətindən bildirilib.

Bildirək ki, avtobusun sürücüsünün (Əliyev Hylman Salman oğlu) səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.

TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər