Hərbçilərimiz erməniləri postdan belə çıxardı - Video

Hərbçilərimiz erməniləri postdan belə çıxardı - Video Azərbaycan Ordusu Laçında ermənilərin olduğu postu boşaldıb.
Bunun görüntülərini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, hərbçilərimiz ermənilərə qarşı nümunəvi davranır, onlardan sadəcə ərazini tərk etməyi tələb edirlər.
Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərdiyi haqda məlumat yaymışdı.
Qeyd edilmişdi ki, əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib.



Tehsil-press.az


Oxşar xəbərlər