BDU-da “İnsan alveri: milli və beynəlxalq qanunvericilikdə” mövzusunda tədbir

BDU-da “İnsan alveri: milli və beynəlxalq qanunvericilikdə” mövzusunda tədbir Bakı Dövlət Universitetin (BDU) Hüquq fakültəsində “BDU könüllüləri”nin təşkilatçılığı ilə “İnsan alveri: milli və beynəlxalq qanunvericilikdə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Hüquq fakültəsinin dekan vəzifəsini icra edən Cabir Quliyev, Cinayət Hüququ kafedrasının dosenti Orxan Aslanov, universitetin Hüquq fakültəsi könüllülərinin sədri İlkin İmanlı və tələbələr Gülər Səmidəlizadə, Gülnur Əkbərova, Sevinc Mirzəyeva məruzə ilə çıxış ediblər.
Məruzəçilər insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək, dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklə bağlı zəruri məlumat veriblər. Qeyd olunub ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.
Sonra mövzu ilə bağlı təqdimat olub.

Tehsil-press.az


Oxşar xəbərlər