Tələbələr insan alverinə qarşı mübarizəyə dair məlumatlandırılıblar

Tələbələr insan alverinə qarşı mübarizəyə dair məlumatlandırılıblar Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Narkotiklərə Qarşı Təbliğat İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Seminarda ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev insan alveri və əməyin istismarına qarşı mübarizəyə dair gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Narkotiklərə Qarşı Təbliğat İctimai Birliyinin sədr müavini Leyla Yolçiyeva gənclərin hüquqlarının müdafiəsi, insan alveri və onunla mübarizə sahəsində mövcud vəziyyət və insan alverinin qarşısının alınmasında görülən tədbirlər haqqında ətraflı məlumat verib. Eyni zamanda, insan alveri qurbanlarının müdafiəsi və onlara kömək göstərilməsinin hüquqi və təşkilati əsasları ilə əlaqədar maarifləndirici informasiyalar verilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları paylanılıb.

ADNSU-nun Mətbuat xidməti



Oxşar xəbərlər