ADA Universiteti 2022-2023-cü tədris ili üzrə magistr proqramlarına sənəd qəbulu elan edir

ADA Universiteti 2022-2023-cü tədris ili üzrə magistr proqramlarına sənəd qəbulu elan edir ADA Universiteti 2022-2023-cü tədris ili üzrə magistr proqramlarına sənəd qəbulu elan edir.
Magistr proqramlarına aşağıda qeyd olunan ixtisaslar daxildir:
- Diplomatiya və beynəlxalq münasibətlər;
- Dövlət idarəetməsi;
- Təhsil üzrə menecment;
- Təlim və tədrisin təşkili və metodikası;
- Biznesin idarə edilməsi (MBA);
- Maliyyə üzrə MBA (Rusiyanın MQİMO Universiteti ilə birgə);
- Kompüter elmləri və Data analitikası (ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə);
- Elektrik və elektroenergetika mühəndisliyi (Corc Vaşinqton Universiteti ilə birgə).
Xatırladaq ki, Kompüter elmləri və Data analitikası, eləcə də elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom proqramları ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təqdim edilir. Hər iki proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və bütün xərclər qarşılanır.
ADA Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanında iştirak etməli və ingilis dili bilikləri üzrə müvafiq sənəd təqdim etməlidirlər.
Sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün 2022-ci il aprelin 1-dək, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.
Proqramlarla bağlı ətraflı məlumat əldə etmək üçün namizədlər ADA Universitetinin rəsmi veb-səhifəsinə daxil ola (ada.edu.az), əlavə suallarla bağlı [email protected] ünvanına məktub ünvanlaya, (+994 50) 256 99 06 və ya (+994 51) 207 10 10 nömrəsinə müraciət edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər