
Mərasimdə nazir Emin Əmrullayev, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, ADPU-nun rektoru Cəfər Cəfərov, Corc Vaşinqton Universiteti Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer, Təhsil Nazirliyindən, Dövlət Proqramı İdarəetmə Qrupundan, ADPU-dan və Corc Vaşinqton Universitetindən digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Tədbirə, həmçinin qeyd edilən beynəlxalq ikili diplom proqramına qəbul olunmuş 25 tələbə qoşulub.
Təhsil naziri və digər qonaqlar çıxışlar edərək tələbələri təbrik edib, proqram haqqında məlumat verib və yeni tədris ilində tələbələrə uğurlar arzulayıblar.
Tələbələr adından Vəfa Nazirova çıxış edərək öz təəssüratlarını bildirib.
Tehsil-press.az