Təhsil İnstitutu: Logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb

Təhsil İnstitutu: Logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.
AzTU-nun logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb. Müraciətlərin qəbulu dekabrın 1-i saat 23:59-dək aparılacaq.
Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ barədə məlumatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər