
Bu barədə noyabrın 25-də müxalifətin təşəbbüsü ilə parlamentdə keçirilən dinləmələrdə “Əriklər ölkəsi” partiyasının rəhbəri Zarui Postancyan nasist çıxışı zamanı bildirib.
Türklərə qarşı irqçi ifadələr səsləndirən Postancyan sözlərini belə davam etdirib: “Bu türklər də Milli Məclisin binasında oturub parlamentin iclas zalına baş çəkirlər. Onlar qoxusundan tanınırlar. Onlar düşmən kimi iy verirlər”.
Partiya sədri dövlət qurumlarının və binalarının hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlüyü altında gizlənən “türklərdən” azad edilməsinə başlanılmasına çağırıb.
Tehsil-press.az