Təhsil Nazirliyi: X sinfə qəbul prosesi bu gün başa çatır

Təhsil Nazirliyi: X sinfə qəbul prosesi bu gün başa çatır Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.
Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilir. Əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər