Peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi davam edir
Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.
Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.
Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.
Tehsil-press.az
- Baxış: 2868
Xəbərin tarixi: 25.11.2021 / 10:18
-
Oxşar xəbərlər