
Əvvəlcə bədii üslub, onun ifadə imkanlarından bəhs edən professor H.İsaxanlı Azərbaycanın mütəfəkkir şari Nizami Gəncəvinin yaradıcılığında məkan və zaman (xronotop) problemlərindən geniş söhbət açıb. Şairin çoxqatlı yaradıcılığında təcəssüm olunan dünya mədəniyyətlərinin, tarixinin, coğrafiyasının fərqli aspektlərdən öyrənilməsinin vacibliyini vurğulayıb. Professor N.Gəncəvinin “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarını təhlilə cəlb edərək, coğrafi determinizm, tarix və bədii həqiqət məsələlərini geniş şərh edib. Bundan başqa, H.İsaxanlı Nizami irsinin sovet dövrü tərcümələrində ideologiyanın mahiyyətindən gələn təhriflərin olduğunu da qeyd edib.
Sonda professor H.İsaxanlı tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
Tehsil-press.az