
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın “Antenna” (ANT1) telekanalına müsahibəsində deyib.
"Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Ümid edirik ki, bəli", - Peskov bildirib.
Kreml sözçüsü qeyd edib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Rusiya Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməkdə maraqlıdır: “Vaşinqton öz məhdudiyyətləri ilə heç vaxt heç bir ölkəni fikrini dəyişməyə məcbur edə bilməyib”.
O əlavə edib ki, Moskva ilə Ankaranın əməkdaşlığı heç bir dövlətə, o cümlədən Yunanıstana təhlükə yaratmır.
Tehsil-press.az