Xalq artisti Tamilla Şirəliyevanın 75 illik yubileyinə həsr olunmuş konsert proqramı

Xalq artisti Tamilla Şirəliyevanın 75 illik yubileyinə həsr olunmuş konsert proqramı Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası (BXA) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təşkilatçılığı ilə Xalq artisti Tamilla Şirəliyevanın 75 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Tədbirdə Tamilla Şirəliyevanın səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konsertdə BXA-nın tam orta təhsil pilləsinin və orta ixtisas təhsili pilləsinin şagirdlərinin ifasında “Don Kixot” baletindən Kupidonun, Kitrinin variasiyaları, F.Kolterin “Fikirlər”, “Fironun qızı” baletindən “Neva çayı”, “Silfida” baletindən Ceymsin variasiyaları, “Şelkunçik” baletindən “Gəlinciklərin rəqsi” təqdim olunub.
Konsert proqramında, həmçinin “Mənim Azərbaycanım” süitası, “Uzundərə” və “Azərbaycan mirvarisi” rəqsləri, “Qız qalası” baletindən Gülyanağın variasiyası, “Məhəbbət əfsanəsi” baletindən Məhmənə Banunun monoloqu yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər