.jpg)
Konsertdə Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev “İldırımlı yollarla” baletindən gitara çalan qızların rəqsi, F.Əmirov “Azərbaycan dağlarında”, İ. Abdullayev “Payız”, V.A.Motsart “Alleqro”, F.Qossek “Tamburin”, Polunin “Konsertino” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Afət Abbasova